RU

Süni intellekt sayəsində hamilə qaldı

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valideyn olmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, ABŞ-də azospermi diaqnozu qoyulan və 18 il ərzində övlad sahibi ola bilməyən cütlük, süni intellektin dəstəklədiyi "STAR" üsulu ilə hamiləlik xəbərini alıb.

Cütlük bu illər ərzində dəfələrlə süni mayalanma prosedurlarına müraciət etsə də, kişidə rast gəlinən nadir azospermi problemi səbəbindən heç bir nəticə əldə olunmayıb. Azospermi kişilərdə toxum mayesində sperm hüceyrələrinin ümumiyyətlə olmaması ilə xarakterizə olunan ağır sonsuzluq formasıdır və çox zaman saatlarla aparılan mikroskopik axtarışlarda belə tək bir sperm hüceyrəsi tapılmır.

CNN International-ın xəbərinə görə, son ümidlə Kolumbiya Universitetinin Doğum Mərkəzinə müraciət edən cütlük, burada süni intellektlə hazırlanan və "STAR" adlanan yeni üsulla tanış olub. Bu metod, adi üsullarla görünməyən spermləri süni intellektlə müəyyən etməyə imkan verir.

Mərkəzə verilən nümunə süni intellekt sistemi ilə analiz edildikdən sonra, qeyri-mümkün kimi görünən nəticə ortaya çıxıb - cəmi üç ədəd sperm hüceyrəsi aşkarlanıb və bu hüceyrələr süni mayalanma üçün istifadə olunub.

Qadın müalicəyə cavab verərək qısa müddətdə hamilə qalıb. O, STAR metodu ilə hamilə qalan ilk qadın olub və hisslərini belə ifadə edib: "Həqiqətən hamilə olduğuma inanmaq üçün günlər lazım oldu. Hər səhər oyananda bunun yuxu olub-olmadığını düşünürəm."

Körpənin dekabr ayında doğulacağı gözlənilir. Mütəxəssislər bu metod üzərində araşdırmaların hələ davam etdiyini bildirsələr də, süni intellektin kişi sonsuzluğunda böyük ümidlər vəd etdiyini vurğulayırlar. CNN-ə görə, STAR kimi texnologiyalar gələcəkdə bir çox ailənin valideyn olmaq arzularını gerçəkləşdirə bilər.

İsmayıl
Milli.Az

Избранный
14
18
milli.az

10Источники