RU

Rusiya Hərbi Məhkəməsi Akuninin cinayət işinə açıq rejimdə baxacaq

BAKI. 4 iyul. TELEQRAF

Rusiyanın İkinci Qərb Dairəsi Hərbi Məhkəməsi iyulun 14-də yazıçı Boris Akuninə (əsl adı - Qriqori Çxartişvili) qarşı açılmış cinayət işinə qiyabi formada baxılacaq.

Teleqraf xəbər verir ki, məhkəmə prosesi KİV və ictimaiyyət üçün açıq rejimdə keçiriləcək.

Qeyd edək ki, Akuninə qiyabi olaraq Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi (terror fəaliyyətinə yardım etmə), 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə terrorizmə haqq qazandırma) və 330.1-ci maddəsinin 2-ci hissəsi (“Xarici agentlər” haqqında Rusiya Fedeasiyası qanununda nəzərdə tutulmuş vəzifələrin icrasından yayınma) ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi ittihamı irəli sürülüb.

Избранный
64
teleqraf.com

1Источники