Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində hava hücumu həyəcanı zamanı partlayış səsləri eşidilib...
Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri məlumat yayıb.
"Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayış səsləri eşidilib", nəşr yazıb.
Hazırda Dnepropetrovsk, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad, Xarkov, Poltava, Sumı, Çerniqov, Kiyev vilayətlərində, eləcə də Kiyevdə hava hücumu həyəcanı elan edilib.
Bundan əvvəl Ukraynanın paytaxtında partlayışlardan sonra böyük yanğın baş vermişdi. Yerli kanalların məlumatına görə, Julyanı hava limanı kütləvi hücuma məruz qalıb.
Poliqon.info