RU

Taliban Əfqanıstan İslam Əmirliyinin başqa ölkələr tərəfindən tanınmasına icazə verib

Digər ölkələr də Rusiyadan nümunə götürə və qarşıdakı həftələrdə və ya aylarda Əfqanıstan İslam Əmirliyini, onun hakimiyyətini tanıya bilər...

Poliqon xəbər verir ki, nunu RİA Novosti-yə Taliban hərəkatının Qətərdəki siyasi bürosunun rəhbəri  Əfqanıstanın bu ölkədəki səfiri Süheyl Şahin bildirib.

“Ola bilsin ki, yaxın həftələr və ya aylar ərzində yaxşı xəbərlər eşidərik”, o, Rusiyadan nümunə götürərək digər ölkələrin də Əfqanıstan hakimiyyətini tanımasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

İyulun 3-də məlum olub ki, Rusiya dünyada ilk olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, rəsmi tanınma iki ölkə arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək.

Poliqon.info 

Избранный
15
50
poliqon.info

10Источники