AZ

Merz və Tramp Ukraynadakı vəziyyəti müzakirə ediblər

Merz və Tramp Ukraynadakı vəziyyəti müzakirə ediblər

Almaniya kansleri Fridrix Merz cümə axşamı ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib.

AFN.az “Der Spiegel”ə istinadən xəbər verir ki, söhbət zamanı Ukraynadakı vəziyyət, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə olunub.

Bildirilir ki, Tramp Merzlə söhbətində Kiyevə silah təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməyib. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius kanslerin son günlər telefon danışıqları zamanı "Ukraynanın hava hücumundan müdafiə sahəsində dəstəyini çox güclü şəkildə müdafiə etdiyini" bildirib.

“Der Spiegel” yazır ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-a “Patriot” sistemlərini verməyi təklif etmişdi, Almaniya bu sistemlərin ödənişini özünün edəcəyini və Ukraynaya təhvil verəcəyini bildirib. O, bu barədə Pentaqonun rəhbəri Piet Heqsetlə telefon danışığında bildirib. Lakin ABŞ NATO-nun Haaqa sammitdə də daxil olmaqla, bu məsələni bir daha gündəmə gətirmədi. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun ortalarında Pistorius Vaşinqtona gedəcək və orada bu məsələni yenidən müzakirə edə bilər.

Seçilən
11
50
afn.az

10Mənbələr