“Şamaxı” yay təlim-məşq toplanışı zamanı yoxlama oyununda “İmişli” ilə qarşılaşacaq. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşma avqustun 9-u Şamaxı şəhər stadionunda keçiriləcək. “Şamaxı” “Qəbələ” (14 iyul), “Karvan” (21 iyul) və “Kəpəz” (26 iyul) ilə də yoxlama oyununda üz-üzə gələcək.