EN

“Şamaxı”nın daha bir rəqibi məlum oldu

“Şamaxı” yay təlim-məşq toplanışı zamanı yoxlama oyununda “İmişli” ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşma avqustun 9-u Şamaxı şəhər stadionunda keçiriləcək.
“Şamaxı” “Qəbələ” (14 iyul), “Karvan” (21 iyul) və “Kəpəz” (26 iyul) ilə də yoxlama oyununda üz-üzə gələcək.
Chosen
1
1
futbolpress.az

7Sources