RU

Emin Ağalarov Rusiyadakı konsertinin vaxtını dəyişdi

Azərbaycanın Xalq artisti Emin Ağalarov 2025-ci il iyulun 6-da Rusiyanın Svetloqorsk şəhərində planlaşdırdığı konsertinin vaxtını dəyişib.

 

Konsert 5 iyul 2026-cı il tarixinə planlaşdırılıb.

 

"Əziz dostlar! Svetloqorskda keçiriləcək konsertin təxirə salınması ilə bağlı sizə məlumat verməyə məcburuq. Yeni tarix 5 iyul 2026-cı ildir. Biletlər etibarlı olacaq, lazım olarsa, onlar alındığı yerdə qaytarıla bilər. Narahatlığa görə üzr istəyirik!" - Emin Ağalarov özünün "Instagram" səhifəsində yazıb.

 

Xatırladaq ki, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyi bəyanatla çıxış edərək Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlərin ləğv olunduğunu açıqlayıb. Buna səbəb kimi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri göstərilib. Sözügedən bəyanatdan sonra "DREAM FEST 2025" beynəlxalq musiqi festivalının iştirakçılarının tərkibi də dəyişdirilib.

Tarix: 3 İyul 2025, 12:44   
Избранный
88
50
pravda.az

10Источники