AZ

Zelenski böyük dəyişikliyiə gedir, ABŞ səfirini də əvəzləyir Kiyevdə nə baş verir?

Vladimir Zelenski gələn həftə Rusiya ilə münaqişədən bəri ən böyük kabinet dəyişikliyini həyata keçirə və eyni zamanda ABŞ-dakı səfir Oksana Markarovanı da əvəz edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Zelenskiyə yaxın üç mənbəyə istinadən məlumat yayıb.

“Zelenski Donald Trampa söz verib ki, Ukraynanın Vaşinqtondakı səfirini gələn həftə ölkədə münaqişə ilə bağlı kabinetdə ən böyük dəyişikliklə eyni vaxtda dəyişəcək”, - nəşr yazır.

Ukraynanın yüksək rütbəli rəsmisinin nəşrə verdiyi məlumata görə, Zelenski Markarovanın yerinə Ağ Ev və eyni zamanda Konqresdə qəbul ediləcək “yaxşı iş adamı” təyin etmək istəyir.

İyunun 16-da Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, Zelenskinin ofisi Denis Şmıxalı Ukraynanın baş naziri vəzifəsindən azad etməyi və bütün hökuməti dəyişdirməyi planlaşdırır. O vurğulayıb ki, baş nazir postuna ən çox ehtimal olunan namizəd baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenkodur. Ukraynanın “Strana.ua” nəşri mənbələrə istinadən yazıb ki, bu addım Yermakın təsirini gücləndirə, həmçinin ictimaiyyətin diqqətini Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqlarından və korrupsiyadan yayındıra bilər.

Seçilən
17
3
publika.az

10Mənbələr