Yardımlı rayonunda azyaşlı məktəbli qız müəllimi tərəfindən qaçırılıb.
Hadisə barədə ilk məlumatı jurnalist Rəşad Vəkiloğlu sosial şəbəkə hesabında paylaşıb.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü şagird, Sırıq kəndində yerləşən orta məktəbdə ingilis dili müəllimi işləyən 1992-ci il təvəllüdlü Əhmədli Əzim Bulut oğlu tərəfindən qaçırılıb.
News365.az xəbər verir ki, məktəbin direktoru baş verən hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Müəllim hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, müəllimin bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilir. Rəsmi qurumlardan isə hələlik hadisə ilə bağlı ətraflı açıqlama verilməyib.