RU

“Ənənəvi mətbəx unudulur, təbliğata ehtiyac var” - Telli Pənahqızı

Əməkdar jurnalist Telli Pənahqızı “İrəvan xanlığının mətbəxi” adlı kitabın təqdimat mərasimində çıxış edərək, müasir cəmiyyətdə milli kulinariya dəyərlərinin getdikcə arxa plana keçdiyini bildirib.

O qeyd edib ki, bu cür nəşrlər çox qiymətlidir, lakin təəssüf ki, müasir qadınların bu kitablara marağı zəifdir:

“Vaxtilə evlərdə mətbəxlərdən şirin zümzümələr eşidilərdi. Analarımız, nənələrimiz sevə-sevə yemək bişirərdi. Bu həm ailə bağlarını möhkəmləndirərdi, həm də mətbəx mədəniyyətimizi yaşadardı. İndi isə uşaqlar əsasən fast food məhsulları ilə qidalanır”.

Telli Pənahqızı hesab edir ki, milli mətbəxin qorunması və gənc nəsillərə ötürülməsi üçün cəmiyyətə yönəlik ciddi maarifləndirmə və təbliğat işləri aparılmalıdır.

Избранный
20
news365.az

1Источники