Birinci Liqa təmsilçisi "Baku Sportinq" AFFA və PFL-ə müraciət edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"AFFA və PFL rəhbərliyinə: Ötən mövsümdən futbol üzrə Birinci Liqada mübarizə aparan “Baku Sporting” bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı “Baku Sporting Arena”da keçirəcək.
Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək.
AFFA və PFL-dən xahiş edirik, bundan sonra “Baku Sporting”lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun".