RU

Azərbaycan yığması Avropa çempionatında ikinci yeri tutdu

İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Sportal.az xəbər verir ki, millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.

Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk "3-lük"də yer alan Ukrayna da 129 xal toplayıb.

Ancaq medalların əyarına görə millimiz öndə yer alıb.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc mükafat əldə edib.

saytlarin hazirlanmasi

Избранный
12
33
sportal.az

10Источники