RU

Rusiya Odessada yaşayış binasını VURDU - Dəhşətli partlayış

Ukraynanın Odessa şəhəri gecə saatlarında Rusiya istehsalı olan kamikadze dronlarının hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində 9 mərtəbəli yaşayış binası və mülki infrastruktur obyektləri zərər görüb. Bir neçə mənzildə yanğın baş verib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.

Fövqəladə hallar xidmətləri tərəfindən binadan 50 sakin təxliyə edilib.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Uşaqların yanıq məhsulları ilə zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin verdiyi məlumata görə, gecə ərzində Ukrayna ərazisinə 52 Rusiya PUA-sı ilə hücum təşkil olunub, onlardan 40-ı məhv edilib.

7 fərqli lokasiyada birbaşa dron zərbələri, daha bir yerdə isə vurulmuş dronun qalıqlarının düşməsi nəticəsində dağıntı qeydə alınıb.

Musavat.com

Избранный
18
29
musavat.com

10Источники