RU

Tramp gələn həftə Afrika liderləri ilə sammit keçirəcək

ABŞ prezidenti Donald Tramp ikinci prezidentliyi dövründə Afrika liderləri ilə ilk sammitini keçirəcək.

Sammit gələn həftə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal dövlət başçılarının iştirakı ilə Vaşinqtonda keçiriləcək.

İyulun 9-dan 11-dək keçiriləcək görüş ABŞ-ın Qərbi Afrikanın mineral sektorunda iqtisadi imkanlarına, eləcə də regional təhlükəsizliyə həsr olunacaq.

Nəşr qeyd edib ki, paralel olaraq sentyabrda Nyu-Yorkda keçirilməsi planlaşdırılan daha böyük ABŞ-Afrika sammiti yekunlaşdırılır. Gələn həftə keçiriləcək görüş ABŞ və Afrika arasında aktiv diplomatiya imkanlarından istifadə etmək məqsədi daşıya bilər.

Əziz Mustafa

Избранный
67
13
oxumeni.az

10Источники