İyunun 30-da keçirilən “Qarabağ”la yoldaşlıq oyunundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova Rafael Utziq və Salifu Sumanın telayi ilə bağlı sual verildi. O isə Utziqin məşqlərə qoşulmadığını, Sumaya ciddi təkliflərin olduğunu dedi.
Klubun mətbuat katibi Elmar Abdullazadə ilə bir daha əlaqə saxladıq. Utziqin məşqlərə qoşulub-qoşulmadığını, Suma ilə bağlı hansısa yeniliyin olub-olmadığını soruşduq. O isə hansısa yeniliyin olmadığını, Sumanın komanda ilə məşqlərə davam etdiyini dedi.
“Zirə” tezliklə avrokuboklarda oynamaq üçün iştirak ərizəsini UEFA-ya təqdim etməlidi, amma iki əsas futbolçu ilə bağlı məsələyə aydınlıq gəlməyib. Qəribədi...
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта