RU

Sahib Paşazadəyə “Özbək mədəniyyəti elçisi” adı verilib

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın əməkdar artisti Sahib Əvərdi oğlu Paşazadəyə “Özbək mədəniyyəti elçisi” döş nişanı və xüsusi sertifikat təqdim edib.

Operativ Media xəbər verir ki, mükafat təqdimetmə mərasimi Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən “Şərq Təranələri” XI Beynəlxalq Musiqi Festivalında Qran-priyə layiq görülüb. O, 2017–2024-cü illər ərzində Özbəkistan Dövlət Konservatoriyası, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, eləcə də Yunus Rəcəbov adına Özbək Milli Musiqi Sənəti İnstitutunda mütəmadi olaraq ustad dərsləri keçərək, çoxsaylı tələbələr yetişdirib.

 

Избранный
48
operativmedia.az

1Источники