RU

İqor Ribeyro “Neftçi”də - Rəsmi

“Araz-Naxçıvan”ın braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyro Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Neftçi”yə keçib.

Arena.az bu barədə “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir. O, 2027-ci ilin 30 iyununa kimi paytaxt klubunun uğurları üçün çalışacaq. Amma “Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.

İqor Ribeyro 2023-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. Braziliyalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 66 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev və Elvin Bədəlovu da transfer etmişdi. Emil Balayevlə yeni müqavilə bağlamış paytaxt klubu Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo və Filip Ozobiçlə də yollarını ayırmışdı.

Избранный
14
23
arena.az

10Источники