Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Neftçi" daha bir transferi reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" "Araz-Naxçıvan"dan İqor Ribeyronu heyətinə qatıb. Onunla 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İ. Ribeyro ilə sözləşmə avqustun 1-dən qüvvəyə minəcək. O, "Araz-Naxçıvan"ın Konfrans Liqasında keçirəcəyi oyunlardan sonra "Neftçi"yə qoşulacaq.