RU

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri AÇIQLANACAQ

Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hərəkətləri davam etdirilir".

Hafta.Az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda faktla bağlı cinayət işi başlanıb:

"Ekspertiza işləri davam etdirilir. Bu hadisə ilə bağlı çoxsaylı ekspertizalar keçirilib. Bu yaxınlarda bizim əməkdaşlar Qazaxıstana ezam olunublar. Orada yenidən ekspertizalar təyin edilib. Yəqin ki, yaxın vaxtlarda ekspertizaların nəticələri məlum olacaq".

Избранный
22
1
hafta.az

9Источники