AZ

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlanacaq?

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hərəkətləri davam etdirilir".

Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda faktla bağlı cinayət işi başlanıb:
 

"Ekspertiza işləri davam etdirilir. Bu hadisə ilə bağlı çoxsaylı ekspertizalar keçirilib. Bu yaxınlarda bizim əməkdaşlar Qazaxıstana ezam olunublar. Orada yenidən ekspertizalar təyin edilib. Yəqin ki, yaxın vaxtlarda ekspertizaların nəticələri məlum olacaq".



Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. Qəza zamanı 29 nəfər sağ qalıb.

Bizim.Media

Seçilən
20
1
bizim.media

9Mənbələr