Bakı, 2 iyul, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.
Məhəmmədəli Qasımzadə (60 kiloqram) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçumuz 5:0 hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kiloqram) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma iyulun 3-də olacaq.
Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.