AZ

İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi

Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.
 
Moderator.az xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.
 
Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçumuz 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.
 
Məhəmməd Abdullayev (+90 kq) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.
 
Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək. Hər iki qarşılaşma iyulun 3-də olacaq. Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.
Seçilən
6
19
moderator.az

10Mənbələr