RU

Baş Prokuror Yekateriburq hadisələrinin istintaqını xüsusi nəzarətdə saxlayır

İlkin araşdırma zamanı müəyyən edilib ki, 27 iyunda Rusiya Federasiyasının Sverdlovsk vilayəti polis əməkdaşları tərəfindən müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.

Modern.az xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

Onun sözlərinə görə, əməliyyat həyata keçirən Rusiya Federasiyasının hüquq mühafizə orqanları əməkdaşları tərəfindən azadlığı məhdudlaşdırılmaqla köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov 27 iyunda Yekaterinburq şəhərində din inzibati binasında, qardaşı 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə səhər saatlarında xidməti avtomobildə dünyasını dəyişib.

"Meyitlər ölkəmizə gətirilib, tibb ekspertizası təyin edilib. Baş Prokurorun birinci müavinin qərarı ilə geniş tərkibdə istintaq qrupu yaradılıb, cinayət işinin ibtidai istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülb”.

N.Əzizov deyib ki, Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı araşdırmalara başlanıb.

O bildirib ki, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan vətəndaşları əvvəlki illərdə baş vermiş cinayətlərə görə saxlanıb.

Избранный
34
6
modern.az

8Источники