AZ

Rusiyadakı qətl faktları ilə bağlı mətbuat konfransı keçirildi - VİDEO

İlkin araşdırma zamanı müəyyən edilib ki, 27 iyunda Rusiya Federasiyasının Sverdlovsk vilayəti polis əməkdaşları tərəfindən müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.


Manset.az xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşları əvvəlki illərdə baş vermiş cinayətlərə görə saxlanıb.

N.Əvəzov bildirib ki, Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı araşdırmalara başlanıb.

Əməliyyat həyata keçirən Rusiya Federasiyasının hüquq mühafizə orqanları əməkdaşları tərəfindən azadlığı məhdudlaşdırılmaqla köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov 27 iyunda Yekaterinburq şəhərində din inzibati binasında, qardaşı 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə səhər saatlarında xidməti avtomobildə dünyasını dəyişib.

"Meyitlər ölkəmizə gətirilib, tibb ekspertizası təyin edilib. Baş Prokurorun birinci müavinin qərarı ilə geniş tərkibdə istintaq qrupu yaradılıb, cinayət işinin ibtidai istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülb”.

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov deyib ki, cinayət işində şahid olan şəxslər dindirilib, Dövlət Miqrasiya Xidmətindən müvafiq rəylər alınmış, çoxsaylı digər istintaq hərəkətləri həyata keçirilib.

Onun sözlərinə görə, Ziyəddin Səfərov 27 iyunda öz evində saxlanılan zaman bədənində ciddi xəsarətlər olmayıb:

"Ziyəddin Səfərov avtomobildə və aparıldığı yerdə fiziki zorakılıqla aldığı xəsarətlər nəticəsində öldürülüb".


Seçilən
17
6
manset.az

8Mənbələr