RU

Rusiyada hücum edilən qadın: Mənə təxribatçı suallar verdilər - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın “KRİK-TV”nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Aleksey Kuznetsov qadının əlindən tutaraq onu küçə boyu sürükləyib, xəsarət yetirib.

 

Modern.az xəbər verir ki, Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb.

 

O bildirib ki, həmin şəxslər restoranın vaxtından öncə açılmasını istəyib, işi ilə bağlı olmayan təxribatçı suallar verib. 

 

“Mən onlara vəziyyəti izah etdim. Heç cür kömək edə bilməyəcəyimi söylədim”, - deyə qadın bildirir.

 

 

Избранный
20
12
modern.az

10Источники