RU

“Şamaxı”dan ayrılan futbolçu “Karvan”la ANLAŞDI

"Şamaxı"dan ayrılan Vüsal Məsimovun yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi Premyer Liqada qalacaq.

Məsimov elitaya qayıdan "Karvan"la anlaşıb. Futbolçu Yevlax klubu ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Vüsal Məsimov ötən mövsüm "Şamaxı"nın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
28
bizim.media

1Источники