RU

Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları dəfn olunublarVİDEO

Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar.

Xezerxeber.az xəbər verir ki, Səfərov qardaşları valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar. 

Dəfn mərasimində Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli deyib ki, mərhumlar ağır işgəncələrə məruz qalıblar. O, ekspertiza zamanı gördüklərindən dəhşətə gəldiyini söyləyib.

Yaxınları isə bildiriblər ki, Azərbaycanda ekspertiza aparılandan sonra hər şey daha aydın üzə çıxıb.

Qeyd edək ki, mərhumlarla vida mərasimi keçirildikdən sonra rayonun Hacıbədəli kənd qəbiristanlığında dəfn mərasimi baş tutub. Mərasimdə mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
18
xezerxeber.az

1Источники