RU

Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların ölüm səbəbi açıqlandıVİDEO

''Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, onlar küt alətlə qətlə yetiriliblər''.

Xezerxeber.az-ın məlumatına görə, bunu meyitlərin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, dünən meyitlər axşam saatlarında Birliyin şöbəsinə qəbul edilib və müayinəsi gecəyarısı başa çatıb. Ekspertizanın rəyinə əsasən, meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.

Ədalət Həsənov deyir ki, Rusiyada  Hüseyn Səfərovun travma, Ziyəddin Səfərovun isə ürəktutmasından ödlüyü rəyi verilib. Halbuki hər iki qardaşın meytləri müayinə edilərkən daxili və xarici çoxsaylı zədələr aşkar edilib.

Baş direktor bildirib ki, qardaşlara o qədər işgəncə verilib ki, Ziyəddin Səfərovun meyti müayinə edilərkən qabırğalarından biri tapılmayıb.

Ədalət Həsənov deyir ki, ölüm şəhadətnamələrində Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma, digərində isə  küt travma yazılıb.

“Meyitləri orada məhkəmə-tibb ekspert müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbləri göstərəndə o ekspertlər nə fikirləşiblər?,-deyə o bildirib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
15
xezerxeber.az

1Источники