RU

“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi 

  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə "Star-M" və "Şanş" MTK-ların faktiki rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə proses keçirilir.

İttihama görə, Məhərrəm Məhərrəmov Bakı şəhərində yerləşən yaşayış binalarında mənzil almaq istəyən vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahələrini saxta müqavilə və maliyyə arayışları ilə sataraq külli miqdarda vəsaiti ələ keçirib.

M.Məhərrəmov "Star-M" və "Şanş" MTK-ların faktiki rəhbəridir.

Məhkəmədə o, ittiham üzrə özünü təqsirli hesab etmədiyini deyib.

İş üzrə zərərçəkmiş şəxs Dürdanə Axundova bildirib ki, 2018-ci ildə Məhərrəm Məhərrəmovun qohumu olan bir qadından mənzil alıb. Öyrənib ki, həmin qadın mənzili 2016-cı ildə Məhərrəm Məhərrəmovdan alıb:

"Evə dünyanın xərcini çəkib təmir etdirmişik. 8 il sonra qadın gəlib deyir ki, ev onundur. Hazırda həmin mənzildə yaşayırıq".

Digər zərəçəkmiş şəxslər isə prosesə qatılmayıblar.

Növbəti məhkəmə iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Məhərrəm Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
// Musavat.com

Избранный
10
50
referans.az

10Источники