RU

“Hayduk”da 4 ayrılıq – “Zirə” ilə oyunöncəsi

UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu 4 futbolçusu ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub icarə müddəti başa çatan hücumçular – Stipe Buik, Yan Mlakar və Nazari Rusinlə vidalaşıb. Qapıçı Lovre Kaliniçin müddəti bitən sözləşməsi isə yenilənməyib.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də “Neftçi Arena”da, cavab görüşü ayın 31-də “Polyud Stadium”da keçiriləcək.

Избранный
16
29
msport.az

10Источники