Fanat saytına istinadən ain.az xəbər verir.
Dünən "Zirə" ilə yoxlama oyunu keçirən və 4:0 hesablı qələbə qazanan "Qarabağ" bu gün istirahət edəcək.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.
Klub rəsmisi Ağdam təmsilçisinin hazırlığı davam etdirmək üçün sabah saat 11:20-də Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yollanacağını açıqlayıb. Hacıyev komandanın iyunun 16-dək bu ölkədə hazırlıq keçəndən sonra Azərbaycana qayıdacağını bildirib. O, yalnız bir futbolçunun Avstriya toplanışında "köhlən atlar"ın sıralarında olmayacağını deyib: "Alksey İsayevdən başqa hamı düşərgədədir. Aleksey əməliyyat edildiyi üçün toplanışa qatıla bilməyəcək".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Nihat
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.