RU

Araz Naxçıvan ın UEFA Çempionlar Liqasında yer aldığı səbət müəyyənləşib

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib. Bu barədə SİA-ya Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizi bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
13
sia.az

10Источники