İyulun 3-də UEFA-nın Nyondakı mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2025/2026 mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən başlayacaq.
Qarşıdakı turnirdə 52 federasiyanın 56 komandası qüvvəsini sınayacaq.
Reytinq cədvəlinin son 32 pilləsində yer alan klublar İlkin mərhələdən oyunlara qoşulacaqlar.
Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
"Araz-Naxçıvan" ən güclülərin yer aldığı 5-ci səbəbdən yer alıb.
Səbət 1: Ev sahibləri
"Buba Mara" (Bosniya və Herseqovina)
"Forka" (Şimali Makedoniya)
AEK (Yunanıstan)
"Boraş AİK" (İsveç)
"Ljuti Krajişniç" (Avstriya)
"Levski Sofiya" (Bolqarıstan)
"Klik Kişinyov" (Moldova)
"Vlajniya" (Albaniya)
Səbət 2: qrupunda 4-cü (reytinq 48-55)
"Bolton" (İngiltərə)
"Murata" (San Marino)
"Kardiff" (Uels)
"Sparta Belfast" (Şimali İrlandiya)
"İsbjörninn" (İslandiya)
"Avropa" (Cəbəllütariq)
"Makkabi Netanya" (İsrail)
"Vangölü" (Türkiyə)
Səbət 3: qrupunda 3-cü (reytinq 40-47)
"Tallin" (Estoniya)
CİU (Gürcüstan)
"PYF Saltires" (Şotlandiya)
"Sjarmtrollan" (Norveç)
"Enkamp" (Andorra)
Səbət 4: qrupunda 2-ci (32-39)
"AEL Limassol" (Kipr)
"Blue Magic" (İrlandiya)
"Bajo Pivljanin" (Monteneqro)
"Veilimdorf: (Almaniya)
Səbət 5: qrupunda 1-ci (24-31)
"Vrhnika" (Sloveniya)
"ARAZ-NAXÇIVAN" (AZƏRBAYCAN)
"Tigers Roermond" (Niderland)
"Yerevan" (Ermənistan)
"Viten Orşa" (Belarus)
"Veszprem" (Macarıstan)
"Hjorring" (Danimarka)