AZ

Çempionlar Liqasının püşkü atılır - "Araz-Naxçıvan" 5-ci səbətdə

İyulun 3-də futzal üzrə 2025/2026 mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, beşinci səbətdə yer alan Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" mübarizəyə ilkin mərhələdən başlayacaq.
 
Cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.
 
Reytinq cədvəlinin son 32 pilləsində yer alan klublar İlkin mərhələdən oyunlara qoşulacaqlar. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
 
Komandalar səbətlərə bu şəkildə bölünüblər:

Səbət 1: Ev sahibləri

Buba Mara (Bosniya və Herseqovina), qrupunda 1-ci

Forka (Şimali Makedoniya), qrupunda 2-ci

AEK (Yunanıstan), qrupunda 2-ci

Boraş AİK (İsveç), qrupunda 2-ci

Ljuti Krajişniç (Avstriya), qrupunda 2-ci

Levski Sofiya (Bolqarıstan), qrupunda 3-cü

Klik Kişinyov (Moldova), qrupunda 3-cü

Vllazniya (Albaniya), qrupunda 3-cü

Səbət 2: qrupunda 4-cü (reytinq 48-55)

Bolton (İngiltərə)

Murata (San Marino)

Kardiff (Uels)

Sparta Belfast (Şimali İrlandiya)

İsbjörninn (İslandiya)

Avropa (Cəbəllütariq)

Makkabi Netanya (İsrail)

Vangölü (Türkiyə)

Səbət 3: qrupunda 3-cü (reytinq 40-47)

Tallin (Estoniya)

CİU (Gürcüstan)

PYF Saltires (Şotlandiya)

Sjarmtrollan (Norveç)

Enkamp (Andorra)

Səbət 4: qrupunda 2-ci (32-39)

AEL Limassol (Kipr)

Blue Magic (İrlandiya)

Bajo Pivljanin (Monteneqro)

Veilimdorf (Almaniya)

Səbət 5: qrupunda 1-ci (24-31)

Vrhnika (Sloveniya)

ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN)

Tigers Roermond (Niderland)

Yerevan (Ermənistan)

Viten Orşa (Belarus)

Veszprem (Macarıstan)

Hjorring (Danimarka)

Qeyd edək ki, UEFA-nın Nyondakı mənzil-qərargahında Çempionlar Liqasının püşkatması iyulun 3-də saat 16:00-da start götürəcək.

Seçilən
9
16
moderator.az

10Mənbələr