RU

''Beşiktaş'' tarixinin ən bahalı transferini reallaşdırdı!

''Beşiktaş'' David Yurasekin ardından bu yayın ikinci keçidini bitirmək üzrədi. İstanbul nəhəngi gözlənildiyi kimi ən problemli mövqeyini, yəni hücum xəttini gücləndirir.

"Football-plus.az" xəbər verir ki, "qartal" ingiltərəli forvard Tammi Abraham ilə anlaşma əldə edib. 28 yaşlı futbolçu hazırda Meksikada tətildədi. ''Ağ-qaralar'' onun üçün Meksikaya xüsusi təyyarə göndəriblər. Həmin təyyarə bu gün yerli vaxtla 18.00-da futbolçunu İstanbula gətirəcək. Artıq klubun rəsmi səhifələrində təyyarədən görüntülər də paylaşılıb. Təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra son anda ortaya bir problem çıxmasa, 2029-cu ilə qədər, yəni dördillik müqaviləyə imza atacaq. Bu transfer ''Beşiktaş''a 15 milyon avroya başa gələcək. Yəni klub tarixinin yeni transfer rekordu qeydə alınacaq!

Əvvəlki rekord 2023/24-ün qış transfer dönəmində 11 milyon avroya heyətə cəlb olunan Əl Musratiyə məxsus idi. Abrahamın Türkiyədə illik qazancı isə 5 milyon avroya bərabər olacaq! Qeyd edək ki, ''Çelsi''nin yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən Abraham daha sonra ''Bristol'', ''Suonsi'', ''Aston Villa'' kimi klublarda forma geyib.

2021-ci ildən o, İtaliyada çıxış edirdi. 3 mövsüm ''Roma''da oyandıqdan sonra ötən mövsümü icarə əsasında ''Milan''da keçirmiş və 44 rəsmi oyunda aktivinə 10 qol, 7 məhsuldar ötürmə yaza bilmişdi. Abraham 2017-22-ci illərdə isə İngiltərə yığmasında 11 oyun keçirərək 3 qol vurub.

Избранный
5
6
football-plus.az

6Источники