AZ

''Fənərbaxça''dan ayrılan futbolçu ''Beşiktaş''a keçir

Transfer çalışmalarını davam etdirən ''Beşiktaş'' David Yurasekin ardından daha bir transferi bitirməyə hazırlaşır.

''Qartal'' türkiyəli futbolsevərlərə gözəl tanış olan bir ismi - Brayt Osayi-Samueli heyətinə qatmağa yaxındı. Nigeriyalı futbolçu bilindiyi kimi 2021-ci ilin yanvarından bu yana ''Fənərbaxça''nın şərəfini qoruyurdu. Amma onun ''sarı-lacivərdlilər''lə müqavilə müddəti bu ayın sonunda başa çatır. Joze Mourinyonun planlarına daxil olmayan və ''Fənər''dən yeni təklif almadığı üçün sərbəst futbolçu statusuna keçməyə hazırlaşan 27 yaşlı futbolçu ''Beşiktaş''la bütün prinsipial məsələlərdə anlaşma əldə edib.

Osayi-Samuel ''Beşiktaş''ın illik 1,9 milyon avroluq təklifini qəbul edib və üçillik müqaviləyə imza atmağa razılıq verib. Nigeriya yığmasının üzvü ''Fənər''də 1,8 milyon avro qazanırdı və klubdan illik 2,5 milyon avro maaş tələb edirdi. ''Sarı-lacivərdlilər'' ona ən yaxşı halda eyni şərtlər altında, yəni elə 1,8 milyon avroluq maaş təklif etmişdi. Amma ortaya atılan iddialar doğrudusa, Osayi-Samuel cəmi 100 min avro artıq qazanmağa görə ''Beşiktaş''a keçməyə razılıq verib. ''Ağ-qaralar'' onu tibbi müayinədən keçmək üçün İstanbula dəvət edib.

Qeyd edək ki, əsasən müdafiənin sağ cinahında oynayan və Türkiyəyə gəlməmişdən öncə ''Blekpul'', KPR kimi klublarda top qovan Osayi-Samuel ''Fənərbaxça''da ümumilikdə 178 rəsmi oyunda aktivinə 7 qol, 15 məhsuldar ötürmə yazıb.

Seçilən
49
6
football-plus.az

6Mənbələr