RU

“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb

“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi Xorvatiyanın “Hayduk” klubu təcrübəli qapıçısı Lovre Kaliniçlə vidalaşıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qapıçı ilə müddəti başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, “Hayduk”un yetirməsi olan L.Kaliniç müxtəlif illərdə (2009-2016, 2020-2025) formasını geyindiyi komandanın heyətində 213 oyuna çıxıb.

Избранный
7
7
report.az

10Источники