RU

“Qəbələ” Premyer Liqa üçün hazırlığa start verdi

Yeni mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Qəbələ” təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, komanda ötən gün Qəbələdə bir araya gəlib. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-da və 14-də baş tutacaq.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək doğma meydanda davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır.

Избранный
5
26
arena.az

10Источники