ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.
Axar.az Report-a istinadən xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.
Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb.
Ağdam təmsilçisinin məşqçi heyəti və futbolçuları ilə şəkil çəkdirən yerli sakinlər onlara olan sevgilərini nümayiş etdiriblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.