"Bavariya" müqaviləsi başa çatan futbolçuları Erik Dayer və Leroy Sane ilə vidalaşıb.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Dayer "Monako"ya keçib və onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. "Qalatasaray"ın transfer etdiyi Sanenin yeni klubu ilə müqaviləsi isə 3 illikdir.
Qeyd edək ki, İngiltərə millisinin müdafiəçisi olan Dayer 2024-cü ildən "Bavariya"da çıxış edirdi. Sane isə 2015-ci ildən "Bavariya"da oynayırdı.