RU

Səkkiz partiya seçkidə iştirak etməyəcək

Gürcüstanın səkkiz müxalifət partiyası birgə bəyanat yayaraq, 2025-ci ilin oktyabrında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

Sitat.info xəbər verir ki, bu barədə TV Pirveli məlumat yayıb.

“Biz qondarma yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan imtina edirik, çünki hesab edirik ki, hazırkı reallıqda bu prosesdə iştirak vətəndaşlarımızın maraqlarına xidmət etməyəcək”, - bəyanatda deyilir.

Bəyanatı bu partiyalar imzalayıb: Vahid Milli Hərəkat, Federalistlər, Azadlıq Meydanı, Avropa Gürcüstanı, Strategiya Aqmaşenebeli, Droa, Axali və Girçi - Daha çox Azadlıq.

 

Sitat.info

Избранный
20
11
sitat.info

5Источники