AZ

Gürcüstan bələdiyyə seçkilərini müşahidə etmək üçün ATƏT DTİHB-i dəvət etməyəcək

Gürcüstan bu ilin oktyabrında keçiriləcək yerli özünüidarəetmə seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasını (DTİHB) dəvət etməyəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, bildirib ki, praktikada istisnalar olsa da ATƏT DTİHB-ni müşahidəçi qismində əsasən parlament seçkilərinə dəvət edilir.

"ATƏT DTİHB-nin rəyinə məhəl qoymayanlar indi bizi missiyanı oktyabrda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməyə çağırırlar. Yerli seçkilər sağlam formada keçiriləcək.

Bəzi istisnalar var, məsələn, 2022-ci il. Həmin seçkilər parlament seçkiləri mövzusu ilə əlaqəli idi. İstisna hallarda ATƏT DTİHB-nin seçki müşahidə missiyası yerli özünüidarəetmə seçkilərini müşahidə etmək üçün dəvət olunur. Lakin standart praktikaya görə, missiya parlament seçkilərini müşahidə etmək üçün dəvət olunur. Ona görə də hesab edirik ki, onları yerli seçkilərlə çox yükləməyə dəyməz. Bələdiyyə seçkiləri sağlam formada keçiriləcək. ATƏT DTİHB parlament seçkilərini müşahidə edib, rəy hazırlayıb, lakin hesabatla heç kim maraqlanmayıb. Bu gün həmin insanlar bizi missiyanı dəvət etməyə çağırırlar”, - Baş nazir deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi Gürcüstan hökumətini bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün DTİHB ATƏT-ə dəvət göndərməyə və DTİHB-nin 2024-cü il parlament seçkiləri ilə bağlı yekun hesabatındakı bütün tövsiyələri yerinə yetirməyə çağırıb .

Seçilən
50
11
apa.az

8Mənbələr