RU

Ailədaxili münaqişə qayınatanın qətlə yetirilməsi ilə nəticələndiVİDEO

Şamaxıda ailədaxili münaqişə qanlı sonluqla nəticələnib....

Xezerxeber.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, Teymur Əliyevlə həyat yoldaşı arasında bir müddətdir münaqişələr yaşanırmış. Elə bu səbəbdən də bir müddət əvvəl qadın öz övladı ilə birgə atası  evinə gəlib. Hadisənin baş verdiyi gün Teymur Əliyev uşağını görmək məqsədilə qaynatasının evinə gəlibmiş. 

İlkin məlumata görə, 31 yaşlı Teymur Əliyev ailə münaqişəsi zəminində qaynatası - 54 yaşlı Elşən Quliyevə bıçaqla xəsarət yetirib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına  ağır vəziyyətdə  çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Teymur Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Избранный
11
xezerxeber.az

1Источники