RU

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir.

Yenisabah.az xəbər verir ki, 30 iyun tarixinin Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunması da məhz Fərizə və İlham Allahverdiyevlərin sevgilərini 1989-cu ilin bu günündə rəsmiləşdirmələri ilə bağlıdır.

1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir. Dördpendirli pizza

Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Избранный
54
50
yenisabah.az

10Источники