Bakıda, Bülbül prospekti 39 ünvanında yaşayan sakinlər narazıdırlar.
Yenisabah.az xəbər verir ki, bu barədə onlardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.
Şikayətçi bildirib ki, binanın 2-ci mərtəbəsində illərdir ki, su boruları çürüyüb, nəticədə mütəmadi olaraq susızma baş verir. Bundan başqa tavanı da çöküb: Toyuqlu pizza
"Bu hadisə bir neçə dəfə olub. Son 3-4 gündür ki, borularda sızma daha da artmışdı. Zəng etdik su idarəsinə gəlib suyu bağlayıb getdilər. Ancaq bu həll yolu deyil. Bu gün səhər binada tavan çökdü, gediş-gəliş yolunu bağladı. Xahiş edirik ki, bura gəlib baxsınlar, nəsə ciddi tədbir görsünlər".
Telegram kanalımız