AZ

Bakının mərkəzində binanın tavanı çökdü İçərini su basdı

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda, Bülbül prospekti 39 ünvanında yaşayan sakinlər narazıdırlar. 

Bu barədə onlardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.

Şikayətçi bildirib ki, binanın 2-ci mərtəbəsində illərdir ki, su boruları çürüyüb, nəticədə mütəmadi olaraq susızma baş verir. Bundan başqa tavanı da çöküb:

"Bu hadisə bir neçə dəfə olub. Son 3-4 gündür ki, borularda sızma daha da artmışdı. Zəng etdik su idarəsinə gəlib suyu bağlayıb getdilər. Ancaq bu həll yolu deyil. Bu gün səhər binada tavan çökdü, gediş-gəliş yolunu bağladı. Xahiş edirik ki, bura gəlib baxsınlar, nəsə ciddi tədbir görsünlər". 

Hadisə yerindən kadrları təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
3
baku.ws

3Mənbələr