RU

FIFA Klub Dünya Kuboku: PSJ və “Bayern” 1/4 finalda!

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, bu gecə 1/8 final mərhələsinin növbəti iki oyunu baş tutub.

Əvvəlcə Fransa çempionu PSJ və ABŞ klubu “İnter Mayami” üz-üzə gəliblər. Rəqibini 4 cavabsız qolla məğlub edən Paris təmsilçisi növbəti mərhələyə yüksəlib.

Almaniya çempionu “Bayern” isə 1/8 finalda Braziliya klubu “Flamenqo” ilə qarşılaşıb. Altı qolluq oyunda inamlı qələbə qazanmış Münhen təmsilçisi növbəti mərhələyə yüksəlib.

Daha öncə “Çelsi” (İngiltərə) və “Palmeyras” (Braziliya) komandaları da pley-offa vəsiqə qazanmışdılar. “Çelsi” 1/4 finalda “Palmeyras”la, “Bayern” isə PSJ ilə qarşılaşacaq.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
1/8 final

PSJ (Fransa) – İnter Mayami (ABŞ) 4:0
Qollar: Joao Neves, 6; 39. Tomas Aviles, 44-öz qapısına. Əşrəf Hakimi, 45+3.

Flamenqo (Braziliya) – Bayern (Almaniya) 2:4
Qollar: Jerson, 33. Jorjinyo, 55-pen – Erik Pulqar, 6-öz qapısına. Harri Keyn, 9; 73. Leon Qoretska, 41.

Избранный
67
20
arena.az

10Источники