AZ

FIFA Klub Dünya Kuboku: İki qrupda mübarizə yekunlaşdı

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 3-cü turuna start verilib.

İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub və pley-offa vəsiqə qazanmış komandalar müəyyənləşiblər.

A qrupunda Portuqaliyanın “Portu” komandası Misir təmsilçisi “Əl-Əhli” ilə 8 qolluq oyundan heç-heçə ilə ayrılıb. ABŞ klubu “İnter Mayami” isə “Palmeyras”la (Braziliya) məhsuldar heç-heçəyə razılaşıb.

B qrupunda da Madrid “Atletiko”su Braziliyanın “Botafoqo” komandasına 1:0 hesabıyla qalib gəlib. Fransa çempionu PSJ isə ABŞ təmsilçisi “Sietl Saunders”lə oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, B qrupunda PSJ və “Botafoqo” 6 xalla növbəti mərhələyə vəsiqə qazanıblar. “Atletiko” da 6 xal yığmasına rəğmən, qrupda qalıb. Xalsız “Sietl Saunders” qrup sonuncusu olub.

A qrupunda isə “Palmeyras”la “İnter Mayami” növbəti mərhələyə yüksəldiyi halda, “Portu” ilə “Əl-Əhli” mübarizəni dayandırıblar.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 3-cü tur

A qrupu

Portu (Portuqaliya) – Əl-Əhli (Misir) 4:4
Qollar: Mora, 23. U.Qomes, 50. Samu, 53. Pepe, 89 – Abu Ali, 15; 45+2-pen; 51. Ben Romdane, 64.

İnter Mayami (ABŞ) – Palmeyras (Braziliya) 2:2
Qollar: Alyende, 16. L.Suares, 65 – Paulinyo, 80. Maurisio, 87.

Xallar: Palmeyras – 5. İnter Mayami – 5. Portu – 2. Əl-Əhli – 2.

B qrupu

Atletiko (İspaniya) – Botafoqo (Braziliya) 1:0
Qol: Qrizmann, 87.

Sietl Saunders (ABŞ) – PSJ (Fransa) 0:2
Qollar: Kvaratsxeliya, 35. Hakimi, 66.

Xallar: PSJ – 6. Botafoqo – 6. Atletiko – 6. Sietl Saunders – 0.

Seçilən
70
20
arena.az

10Mənbələr