RU

“Milan” Luka Yoviçlə yollarını ayırdı

“Milan” mərkəz hücumçusu Luka Yoviçlə yollarını ayırıb, serb futbolçu “rossoneri”nin düşərgəsini azad agent qismində tərk edib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Luka Yoviç “Srvena Zvezda”nın məzunudur. Hücumuçu, karyerası ərzində “Benfika”, “Ayntraxt” (Frankfurt), “Real” və “Fiorentina”da oynayıb.

“Milan” Yoviçi 2023-cü ilin sentyabr ayında 500 min avro məbləğ müqabilində “Fiorentina”dan tamhüquqlu əsasda satın almışdı.

Yoviç geridə qalmış mövsümdə İtaliya klubu üçün 17 oyuna çıxıb, 4 qol vurub. Serb hücumçunun “rossoneri” üçün çıxışının ümumi mənzərəsi 47 oyun, 13 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Yoviç bu klubla İtaliya Super Kubokunu (2024/2025) qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
22
34
arena.az

10Источники